Lənkəran rayon İcra Hakimiyyətində (İH) kadr dəyişikliyi olub.
Lənkəran İH-i başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov vəzifəsindən azad edilib.
Onun adı qurumun struktur bölməsindən də çıxarılıb.
Hələlik X.Rəhimovun yerinə təyinat yoxdur.