Ukraynanın müdafiə naziri Rüstem Umerov vəzifəsini tərk edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın “Censor” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Onun infrastruktur naziri vəzifəsinə təyin edilmə ehtimalı olduğu bildirilir.

Qeyd edək ki, Umerov ötən ilin sentyabrında bu vəzifəyə təyinat alıb.