Ukraynada hərbi xidmətə çağırış messencer vasitəsi ilə aparıla bilər.

İqtisadiyyat.az "Unian"a istinadən xəbər verir ki, bununla bağlı Ukraynalı deputat,  Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fyodor Venislavski məlumat verib. 

O bildirib ki, buna səbəb hazırda hərbi xidmət yaşına çatan şəxslərin faktiki yaşayış ünvanlarında yaşamamalarıdır və bu, çağırış zamanı problemlər yaradır. Bütün şəxslərin mobil nömrə bazası formalaşdırıldığı üçün, yeni çağırış forması texniki cəhətdən problem yaratmayacaq.