"Ukrayna əks-hücum əməliyyatlarına hələ hazır deyil".

İqtisadiyyat.az "Unian"a istinadən xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı İqor Romanenko deyib. O qeyd edib ki, Ukrayna strateji müdafiə tapşırıqlarını yerinə yetirməyincə əks-hücum əməliyyatları başlaya bilməz .

"Məsələ ondadır ki, ukraynalı müdafiəçilər düşmənin irəliləməsini dayandırmalı, düşmənin mümkün qədər çox canlı qüvvəsini və texnikasını məhv etməli və Rusiya Federasiyasını müdafiəyə getməyə məcbur etməlidir. Bu vəzifələr hələ tamamlanmayıb", - Romanenko bildirib.

Romanenko əlavə edib ki, bir tərəfdən Ukrayna Silahlı Qüvvələri diqqətini məhz bu vəzifələrin yerinə yetirilməsinə yönəldir, digər tərəfdən isə Ukrayna əks-hücum hərəkətlərinin hazırlanması və həyata keçirilməsi üçün strateji ehtiyatlar formalaşdırır.