Türkiyədə may ayında işsizlik nisbəti aprel ayı ilə müqayisədə 0,5% bəndi azalaraq 9,5% olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) may ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Məlumata görə, ölkədə işsizlik səviyyəsi 2014-cü ilin mart ayından bəri ən aşağı səviyyəyə enib. Hesabata dövründə 15 yaşdan yuxarı olan işsizlərin sayı 193 min nəfər azalaraq 3 milyon 328 min nəfər olub. İşsizlik nisbəti kişilər üçün 7,7%, qadınlar üçün 13% təşkil edib.