Türkiyədə ətir fabrikində güclü yanğın olub. 

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, hadisə Tekirdağ rayonunun Çerkezköy rayonunda baş verib. Alov anbarın böyük hissəsini bürüyüb. Yanğın və partlayışlar nəticəsində anbarın bəzi divarları uçub, ətir şüşələri fabrikdən çölə çıxıb.

Əraziyə çox sayda yanğınsöndürən və sağlamlıq qrupu göndərilib.