Türkiyədə avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 25-i yaralanıb.

İqtsiadiyyat.az türk mediasına istinadən xəbər verir ki, hadisə Yozgat vilayətinin Yerköy rayonunda baş verib.

Sivasdan Ankaraya gedən avtobus idarəetməni itirməsi səbəbindən aşıb.

Hadisə yerində araşdırma aparılır.