Türkiyə, Rusiya, Suriya və İranın xarici işlər nazirləri Türkiyə-Suriya əlaqələrinin normallaşması üçün yol xəritəsi hazırlamaq qərarına gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq qərar bu gün Moskvada keçirilən dördtərəfli görüşün nəticələrinə dair verilib.

Görüş zamanı suriyalıların vətənlərinə könüllü, təhlükəsiz şəkildə qayıtmasının asanlaşdırılmasına xüsusi diqqət yetirilib.