Türkiyəli iş adamının Azərbaycandakı kabel şirkəti nizamnamə kapitalını kəskin azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, söhbət "Ram Kablo" MMC-dən gedir.

Müəssisənin nizamnamə kapitalı 40 000 manatdan 10 manat məbləğinə azaldılıb.

Ötən ay isə bu məbləğ 60 min manatdan 40 min manatadək azaldılmışdı.

Qeyd edək ki, "Ram Kablo" MMC kabel səneyasi ilə məşğuldur. Şirkətin qanuni təmsilçisi türkiyəli iş adamı Salih Koçdur. Şirkətin Azərbaycanda mis və kabel inteqrasiyası zavodu fəaliyyət göstərir. Şirkətin məhsulları Əlcəzair, Azərbaycan, Qırğızıstan və Tacikistana ixrac edilir.