Bu ilin yanvar-iyul aylarında Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 6,2 milyard dollar təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə əsasən xəbər hazırlayıb.

İki ölkə arasında cari ilin yanvar–iyul ayları üzrə həm idxalın, həm də ixracın həcmi məlum olub. Hesabat dövründə İtaliyadan Azərbaycana 294,8 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İtaliyaya ixracı isə 5,9 milyard dollar təşkil edib.

Beləliklə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı kimi mövqeyini qoruyub.

Rəsmi məlumata görə, İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycan­dır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbay­can ilə ticarət təşkil edir. 2023-cü ildə İtali­ya Respublikasının Azərbaycan Respubli­kasının xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) təşkil edib.

Xatırladaq ki, ötən illər arasında Azərbaycanın əsas ticarət tərəfdaşları arasında İtaliya xüsusi yer tutub. Belə ki, keçən il ölkələrimiz ara­sında ticarət dövriyyəsinin həcmi 15 mil­yard 685 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan İtaliya­ya 15 milyard 208 milyon dollar dəyərində məhsul göndərilib. İtaliyadan isə respubli­kamıza 477 milyon 903 min dollar dəyə­rində məhsul idxal edilib.

 

Gözəl Həşimova