Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 848,2 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2% azdır.

Hesabat dövründə Almaniyadan Azərbaycana 466,7 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Almaniyaya ixracı isə 381,4 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova