Ötən ay Azərbaycanda gündəlik xam neft hasilatı 488 min bareldən 489 min barelə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Məlumata görə, bu ilin birinci rübündə Azərbaycanda  gündəlik neft hasilatı 477 min barel, ikinci rübündə isə 474 min barel səviyyəsində olub.