Ermənistanda Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki tökmə zavodunda partlayış baş verib.

İqtisadiyyat.az Ermənistan KİV-ə istinadən verir ki, istilik stansiyasının ərazisində baş vermiş partlayışda bir nəfər ölüb (1978-ci il təvəllüdlü), daha beş nəfər yaralanıb.

Partlayışın səbəbləri barədə məlumat verilmir.