Bu ilin 8 ayı ərzində Rusiya Federasiyası 830 min tondan çox buğda və çovdar-buğda unu ixrac edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Aqroeksport” məlumat yayıb.

Bildirilib ki, rusiyanın un ixracı illik müqayisədə 1,3 dəfə artıb. Rusiya ununun ən böyük alıcısı Əfqanıstan olub ki, bu da ixracın 34,8%-ni təşkil edib. İkinci yerdə Çin (10%), üçüncü yerdə İraq (9,2%) qərarlaşıb.

İlkin hesablamalara görə, 2030-cu ilə qədər Rusiya ununun xaricə tədarük həcmi 1,7 milyon tona çata bilər.

Mərkəz həmçinin bildirib ki, 2023-cü ildə qlobal un ixracı 6,3 milyard dollar dəyərində 12,3 milyon ton təşkil edib.

 

Gözəl Həşimova