Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində işgüzar səfərdədir.

İqtisadiyyat.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində Çin İnvestisiya Korporasiyasının sədri Penq Çun ilə baş tutan görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub və birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinə dair qarşılıqlı maraq ifadə edilib.