Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 3,6 milyard dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% azdır.

Hesabat dövründə Türkiyədən Azərbaycana 1,2 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Türkiyəyə ixracı isə 2,3 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova