Dünyada insanların ən çox etibar etdiyi peşələrin siyahısı açıqlanıb.

İqtisadiyyat.az-ın araşdırmasına görə, bununla bağlı 31 ölkədə sorğu aparılıb.

Aparılan sorğunun nəticələrinə görə, həkim dünyada ən etibarlı peşə seçilib. 

Belə ki, respondentlərin 58 faizi həkimlərin müxtəlif peşə və sadə insanlardan ibarət qrup arasında ən etibarlısı olduğunu bildiriblər. Reytinqdə alim və müəllimlər də yer alıb.

Peşə

Etibarlı

Etibarsız

Həkim

58%

15%

Alim

57%

15%

Müəllim

53%

16%

Silahlı Qüvvələr

42%

23%

Polis

36%

32%

Hakim

35%

31%

Vəkil

29%

33%

Aparıcı

29%

33%

Din xadimlər

27%

40%

Dövlət qulluqçuları

25%

35%

Jurnalist

25%

38%

Bankir

25%

38%

 

Gözəl Həşimova