“Sabunçu Sənaye İstehsal” ASC-nin səhmləri dövriyyədən çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxsin yaradılıb.

Bununla əlaqədar “Sabunçu Sənaye İstehsal” ASC-nin ümumilikdə 1 141 594 manat dəyərində 570.797 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb.

“Sabunçu Sənaye İstehsal” ASC yenidən təşkil olunub və “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti “Sabunçu Sənaye İstehsal” ASC-nin hüquqi varisidir.