OPEC avqustda neft hasilatını iyul ayı ilə müqayisədə sutkada 197 min barel azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

İstehsal əsasən Nigeriya, Konqo və Venesuelada artıb, lakin Liviya, İraq və Səudiyyə Ərəbistanında azalıb.

"OPEC+" ölkələri isə avqustda hasilatı 107 min barel azaldaraq sutkada 14,068 milyon barelə çatdırıblar.

Alyansın rəsmi kvotalarına əlavə olaraq, səkkiz "OPEC+" ölkəsində könüllü əlavə azalmalar var.

 

Gözəl Həşimova