İsveçin yeni xarici işlər naziri Mariya Malmer Stenerqard təyin edilib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, yeni XİN rəhbərinin adını ölkənin Baş nazir Ulf Kristersson açıqlayıb.

Mariya Malmer Stenerqard buna qədər İsveçin miqrasiya məsələri üzrə naziri vəzifəsində çalışıb. 

Qeyd edək ki, İsveçin sabiq xarici işlər naziri Tobias Billström sentyabrın 4-də tutduğu postdan istefa verib.