“Bakı Texnika Sənaye” ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında “Status 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxsin yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla əlaqədar “Bakı Texnika Sənaye” ASC-nin ümumilikdə 220.000 manat dəyərində 110.000 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb.

“Bakı Texnika Sənaye” ASC yenidən təşkil olunub və “Status 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti “Bakı Texnika Sənaye” ASC-nin hüquqi varisidir.

Xatırladaq ki, “Bakı Texnika Sənaye” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 239 824 manat, qanuni təmsilçisi isə Qarayev Nazim Nadir oğludur.