Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı (kondensatla birlikdə) 76 min 045 ton (569 min barel) təşkil edib.

İqtisadiyyat.az Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 64 min 870 tonunu (gündəlik 478 min barel) neft, 11 min 175 tonunu (91 min gündəlik barel) kondensat təşkil edib.

Belə ki, Azərbaycan avqustda OPEC kvotasından 86,8 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) təşkil edir.