Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota"nın oktyabr ayında beynəlxalq istehsal və satış həcmi bu ay üçün rekord səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, ötən ay şirkətin avtomobil istehsalı 900 min ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% çoxdur.

Eyni zamanda, "Toyota" avtomobillərinin satış həcmi 7% artaraq 890 min ədədə çatıb.

 

Gözəl Həşimova