Türkiyənin avtomobil sənayesinin aparıcı şirkətlərindən biri olan "Toyota Automotive Industry Turkey" istehsalata fasilə verir.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, Toyota Avtomobil Sənayesi Türkiyə müəssisələri 14-27 avqust tarixlərində planlaşdırılan təmir və yenidənqurma işləri çərçivəsində müvəqqəti olaraq işləməyəcək.

Qısa müddətli fasilədən sonra "Toyota Automotive Industry Turkey" dünyada ilk dəfə olaraq akkumulyatorlu hibrid avtomobil və akkumulyator istehsalını reallaşdıracaq. Bu layihə üçün 317 milyon avro sərmayə qoyulacaq və "Toyota"nın Türkiyədəki ümumi investisiyası 2,3 milyard avroya çatacaq.

Zavodda qurulan akkumulyator istehsalı xətti illik 75.000 akkumulyator istehsal gücünə çatmaqla, "Toyota Avropa"nın elektrikləşdirilməsinə çevrilməsinə rəhbərlik edəcək.

Gülşən Şərif