Yaponiyanın "Toyota Motor" şirkəti 580 mindən çox avtomobilini geri çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Məlumata görə, əyləcdəki quraşdırma səhvləri və ön şüşədən su sızması səbəbindən avtomobillər geri çağırılıb. Bildiriş 2015-ci ilin mayından 2023-cü ilin martına qədər istehsal olunmuş “Sienta” və “Japan Taxi” modellərini əhatə edir.

"Toyota" geri çağırılan avtomobillərin ölkə daxilindəki dilerlərdə pulsuz texniki baxışdan keçiriləcəyini və zəruri hallarda hissələrin dəyişdiriləcəyini bildirib.

 

Gözəl Həşimova