“Toyota Motor” şirkəti sensordakı təhlükəsizlik yastıqlarındakı problemlərə görə dünya üzrə 1 milyon 120 min avtomobili geri çağıracaq.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, geri çağırılacaq avtomobillər 2020-2022-ci illər arasında istehsal olunmuş “Avalon”, “Camry”, “Corolla”, “RAV4”, “Lexus ES250”, “ES300H”, “ES350”, “RX350 Highlander” və “Sienna Hybrid” modellərini əhatə edir.

Şirkət sözügedən avtomobilləri yenidən yoxlayacaq və zəruri hallarda onlar dəyişdiriləcək. 2024-cü ilin fevralında avtomobil sahiblərini geri çağırma ilə bağlı xəbərdar etmək planlaşdırılır.

Qeyd edək ki, bu avtomobillərin təqribən 1 milyonu ABŞ-də satılır.