Tanınmış hərbi jurnalist Ədil Arifoğlu vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Ə. Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb.

Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədə lentə alıb.