Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə prezidentliyinə namizədlərin teledebatlarında iştirak etməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, teledebatlarda onu ictimai qərargahın rəhbəri, parlament Məclisinin (aşağı palata) sədri Yerlan Koşanov əvəz edəcək.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası noyabrın 11-ni respublika prezidentliyinə namizədlərin televiziya debatlarının tarixi kimi müəyyən edib.

MSK üzvləri çərşənbə axşamı keçirilən iclasda seçkiqabağı televiziya debatlarında iştirak edənlər siyahısında Tokayevin əvəzinə Koşanovun göstərilməsinə dair qərarı təsdiqləyiblər.

Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Hazırkı dövlət başçısı da daxil olmaqla 6 nəfər prezidentliyə namizəd kimi qeydə alınıb.