Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağı könüllü tərk etmiş erməniləri qanunsuz saxladıqları silahları təhvil verməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Bildirilib ki, həmin silah-sursat sonrakı mərhələdə nazirlikdə qeydiyyata alınacaq.

Nazirlikdən ov tüfəngləri ilə yanaşı, bu ölkənin ərazisinə qanunsuz olaraq keçirilən tapançaların da könüllü şəkildə təhvil verilməli olduğunu bildirilib.