Bu ilin I rübündə Gürcüstanın paytaxtı Tbilisidə daşınmaz əmlak bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 % artıb.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Rüblük müqayisədə yeni yaşayış binalarında mənzillər 1,8 %, fərdi evlər isə 2,6 % bahalaşıb.

Ötən ilin eyni dövrünə nisbətdə isə mənzillərin qiymətində 12 %, fərdi evlərin qiymətində isə 18, 3 % artım qeydə alınıb.