“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivinə (ASCO) ağır itki üz verib.

İqtisadiyyat.az xəbər verir ki, ASCO-nun  “Suraxanı” gəmi-muzeyinin ilk kapitanı Qasım Alacov  vəfat edib.

Qeyd edək ki, Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub.

O, 1980-ci ildən üzən heyətin sıralarına qoşulub. Daha sonralar ASCO-nun müxtəlif gəmilərində matros, bosman, kapitanın növbə köməkçisi, kapitan vəzifələrində işləyib.