"Biz Ukraynadakı müharibənin nə vaxt başa çatacağını bilmirik".

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında deyib.

“Biz müharibənin nə vaxt başa çatacağını bilmirik, lakin biz bilirik ki, Rusiyanın təcavüzü zəhərli bir nümunədir və bu birdəfəlik dayandırılmalıdır. Ukrayna BMT xartiyasına uyğun olaraq özünümüdafiə hüququnu saxlayır və biz bütün NATO tərəfdaşlarının bu məqsədi dəstəkləməsini gözləyirik”.