Bu il Azərbaycanda 46 500 şəxsə əlillik təyin edilib.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

Onun sözlərinə görə, son 9 ay ərzində ümumilikdə 46 500 şəxsə əlillik təyin edilib: "Onlardan 15 mindən çoxu ilkin, 31 mindən çoxu isə təkrar əlillik alanlardır".