"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, slovakiyalı hücumçu Pavol Şafranko ilə 2 illik müqavilə bağlanıb.

29 yaşlı futbolçu karyerası ərzində Slovakiyanın “Tatran” (2013-2016), “Şport” (2016), “DAC 1904” (2017-2018), Danimarkanın “Olborq” (2019), Şotlandiyanın “Dandi Yunayted” (2018/2019), Rumıniyanın “Sepsi” (2019-2021, 2022-2024) və CAR-ın “Mamelodi Sandauns” (2021-2022) klublarında oynayıb

Qeyd edək ki, "Transfermarkt" saytı futbolçunun dəyərini 1 milyon avro qeyd edib.