Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 195 620 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 734 tank, 7 257 zirehli maşın, 3 031 artilleriya sistemi, 554 reaktiv yaylım atəşi sistemi, 307 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 618 PUA, 955 qanadlı raket, 18 gəmi/qayıq, 5 969 avtomobil texnikası və avtosistern, 388 xüsusi texnikadan ibarətdir.