"Forbes" jurnalı 2022-ci il üçün alınan dividendlərə görə ən varlı 50 rusiyalının reytinqini dərc edib.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, reytinqə Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov başçılıq edib.

Rusiyanın enerji şirkəti "Lukoil"in təsisçisi olan Vahid Ələkbərovun ötən il dividend gəliri 155,7 milyard rubl təşkil edib.

Reytinqdə ikinci yerdə "Norilsk Nikel"in prezidenti Vladimir Potanin qərarlaşıb. Onun "Norilsk Nikel"in aktivlərindən dividend gəliri 149 milyard rubl təşkil edib. Üçüncü yeri isə "XTX Markets"in təsisçisi Alexander Gerko tutub. Ticarət şirkətinin təsisçisinin dividend gəliri 141 milyard rubl olaraq qiymətləndirilir.

Əlavə edək ki, Vahid Ələkbərov bu ilin əvvəlindən bəri 4,8 milyard dollar qazanıb. Hazırda onun sərvəti 20,2 milyard dollardır. Bununla da o, Rusiyada sərvətini ən çox artıran milyader olub.