Rusiya dost olmayan ölkələrdən hazır balıq və dəniz məhsullarının idxalına qadağa qoyub. 

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, bu ölkələrdən şərab idxalına qoyulan gömrük rüsumu isə 12,5%-dən 20%-ə qaldırılıb.

Rusiya İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, rəsmi Moskva Qərb ölkələrinin sanksiyalarına qarşı cavab olaraq bu dəyişikliklər edib. 

Yerli istehsalçıların sözügedən məhsulların Avropa Birliyi, ABŞ və Norveçdən idxalını dayandırması daxili bazardakı boşluğu dolduracağı vurğulanıb.