Rusiya Belarus əsgərlərinə ölkənin Cənub Hərbi Dairəsinə aid poliqonda “İsgəndər-M” yüksək dəqiqlikli raket sistemlərinin istifadəsi ilə bağlı təlim keçir.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada raket sisteminin yerləşdirilməsi və raketlərin atılması ilə bağlı bacarıqların inkişaf etdirildiyi bildirilib.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 4-də verdiyi açıqlamada “İsgəndər-M” yüksək dəqiqlikli raket sistemlərinin Belarus Silahlı Qüvvələrinə təhvil verildiyini bildirərək, “Bu sistem nüvə tərkibli raketlərdən də istifadə edə bilər. Belarus qoşunları aprelin 3-dən Rusiyanın atış poliqonunda bu sistemin istifadəsi üzrə təlimlərə başlayıb”, - deyib.