Ukraynada apardığı müharibə səbəbindən tətbiq edilən sanksiyalardan sonra Rusiya Avropa İttifaqının əsas neft tədarükçüsü statusunu itirib.
İqtisadiyyat.az "Unian"a istinadən xəbər verir ki, müharibə başlayandan bu yana Rusiyanın Aİ-yə neft ixracında payı 4% azalıb. İndi neft ixracında birinci yerdə 18% ilə ABŞ qərarlaşıb.
Ukraynadakı müharibədən əvvəl Aİ-nin ümumi neft idxalının 24-31 faizi (ayda 40-50 milyon barel) Rusiya tərəfindən təmin edilirdi. ABŞ isə 10-13 faizlə ikinci idi. Norveç və Qazaxıstan isə 8-14 faiz paya sahib idi.
Sonra yerlərdə İraq, Liviya və Böyük Britaniya yer alır.