Bu ilin ilk beş ayında Rusiya Afrika ölkələrinə neft məhsullarının tədarük həcmini 3 dəfə - 8 milyon tona qədər artırıb. 

İqtisadiyyat.az bu barədə Energetika naziri Nikolay Şulqinov TASS-a müsahibəsinə istinadən bildirir.

2023-cü ildə Rusiya Federasiyası da Afrika ölkələrinə neft ixracına başlayıb və yanvar-may aylarında 200 min ton neft tədarük edib. 

“Rusiya tədarük baxımından öz nəqliyyat, logistika və maliyyə infrastrukturunu getdikcə artırdığı üçün biz müsbət dinamikanın ilin sonuna kimi davam edəcəyini gözləyirik”, deyə nazir qeyd edib.

Qeyd edək ki, Rusiya Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələrinə neft tədarükünün istiqamətini dəyişmək üzərində işləyir.