Süni intellekt 300 milyon iş yerini ələ keçirə bilər.

İqtisadiyyat.az CNN-ə istinadən bildirir ki, bu barədə "Goldman Sachs" bankının hesabatında qeyd olunub. Hesabata görə, süni intellekt ABŞ və Avropadakı işlərin 1\4-nin ortadan qalxmasına səbəb ola bilər. Eyni zamanda yeni işlərin ortaya çıxmasına və məhsuldarlığın yüksəlməsinə xidmət edə bilər. Bu yolla qlobal xidmət və istehsalın 7% arta biləcəyi qeyd edilib. 

Robotların təsir göstərə biləcəyi işlərin 46%-i inzibati işlərdir. 44% hüquq, 6% inşaat və 4% isə təmir işlərinin payına düşür.