İspaniya çempionu və Çempionlar Liqasının qalibi Madrid “Real”ı Braziliya millisinin və İngiltərənin “Nyukasl Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Gimaraeşi almaq istəyir.

İqtisadiyyat.az-ın məlumatına görə, bu haqda İspaniyanın “Marca” nəşri xəbər verir. O, karyerasını bitirmiş alman yarımmüdafiəçi Toni Kroosun əvəzləyicisi hesab olunur.

İngiltərə çempionu "Mançester Siti" də Bruno Gimaraeşi almaq niyyətindədir.

Son klub mövsümündə 26 yaşlı futbolçu 50 matçda iştirak edib, 7 qol vurub, 10 məhsuldar ötürmə edib.

Onun "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyununa kimi nəzərdə tutulub. 

Transfermarkt Bruno Gimaraeşin transfer dəyərini 85 milyon avro qiymətləndirir.