Azərbaycanın bu ilin yanvar-may ayları ərzində ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı 1,5 mlrd. ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nda qeyd olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına görə isə qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr bunlardır:

Ölkə

İxracın dəyəri

Türkiyə

464,6 milyon dollar

Rusiya

403,9 milyon dollar

Gürcüstan

161,1 milyon dollar

İsveçrə

52,9 milyon dollar

Qazaxıstan

47,7 milyon dollar