2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, “Nordwind” aviaşirkəti 189 sərnişin oturacağı olan “Boeing 737-800” təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib və uçuş 3 saat davam edib.

Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 04:10-da təyyarə Qəbələdə enəcək, saat 05:20-də Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.

Qəbələ-Bakı reysi barədə videoçarxı təqdim edirik: