Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Husainov Türkiyəyə səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Husainov səfər zamanı Türkiyə ordusunun Sualtı Hücum Komandanlığını (SAT) ziyarət edib. Qazaxıstanlı generala SAT-ın fəaliyyəti və imkanları barədə məlumat verilib.