Qazaxıstandakı vəziyyət sabitləşib və nəzarət altındadır, terror təhlükəsi ocaqları neytrallaşdırılıb.

Bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərlərində terrorçuların ələ keçirdikləri bütün inzibati obyektlər azad edilib. Xüsusi vacib strateji obyektlərin və silah-sursatın saxlandığı yerlərin təhlükəsizliyi təmin edilib”, - deyə qurumdan bildirilib.

Bundan əlavə Milli Təhlükəsizlik Komitəsindən bildirilib ki, iğtişaşçıların gizləndiyi mümkün sığınacaq yerlərinin təmizlənməsi aparılır.