Ölkə ərazisində müşahidə olunan qarlı hava bir sıra çətinliklər yaradıb. Paytaxt Bakıda əsas yollar qardan təmizlənsə də, bəzi yollarda sürücülərin avtomobilləri qış rejiminə uyğun nizamlamaması bir sıra probemləri qaçılmaz edib. Bakı Dairəvi Yolunda Mercedes markalı avtomobil yoldan çıxaraq çökəyə yuvarlanıb. Sürücünün köməyinə evakuator xidməti çatıb.