Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu yoxlama oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın "Kayzerslautern" klubu ilə qarşılaşıb.

Matç almanların 3-1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın yeganə qolunu Elvin Cəfərquliyev vurub 

"Qarabağ" bu gün 2-ci yoxlama oyununu "Viktoriya Plzen" klubuna qarşı keçirəcək.