Qarabağ bölgəsi və ətraf rayonlarının su ehtiyatlarının həcmi açıqlanıb.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, doqquz su anbarı mövcuddur:

“Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələn çay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetr) su anbarıdır. Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu 1072 kilometrdir”. 

Nazir müavini qeyd edib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühüm əhəmiyyət daşıyır.