Azərbaycan Premyer Liqasının 33-cü turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri satışa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.